"Brent" markalı neft yenə ucuzlaşıb
16.01.2016 00:21 Ecoreaksiya 2247
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,78 dollar, yaxud 5,71% ucuzlaşaraq 29,42 dollar/barel təşkil edib.
"Reaksiya"nın məlumatına görə, "Brent" markalı neft isə 1,94 dollar və ya 6,28% ucuzlaşaraq 28,94 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 33 dollar/barel olacağı gözlənilir.
Şərhlər