Rusiyanın ən böyük narahatlığı: - İran
16.01.2016 05:16 Ecoreaksiya 2228
Neftin qiymətləri, İranın bazarlara geri qayıdaraq tələbi artıracağı və Çin birjasından gələn neqativ xəbərlərdən sonra cümə günü 6% düşüşlə 12 il sonra ilk dəfə 30 dollardan aşağı düşdü. Bu səhər gələn xəbərlərdə Brent neftinin qiymətinin 28.9 dollar olduğu qeyd olundu. Rus Ural neftinin 27 dollar civarında olduğu, Kanada neftinə isə cümə günü bazarlarda 15 dollar qiymət qoyulduğu xəbər verilir.
Neft 2008-ci ildəki maliyyə böhranından sonra ən pis günlərini yaşayır. Tam səkkiz seansdır ki, arxa arxaya dəyərdən düşən neftin qiymətində yaşanan dəyər itkisi 20%-ə çatıb.
Çin xəbərləri ABŞ birjasını da tarixin ən bərbad səviyyəsinə gətirib çıxarıb, hələ üstəlik, indi də İranın həftənin əvvəllərindən etibarı ilə dünya bazarlarında yenidən neft satmağa başlamasıyla bağlı ehtimallar neft qiymətlərinin daha da aşağıya düşəcəyinə dəlalət edir.
Rusiyada cümə günü dollar 77,81 rubla, avro isə 85,15 rubla yüksəlib. Qara bazarlarda bu səhər əməliyyatlarda dollar 77,6 rubla, avro isə 84,6 rubla satılıb.
Rusiya maliyyə nazirliyi, neftdən düşüş qiymət meylinin 3 ay ilə 12 ay arasında davam edə biləcəyi ilə
əlaqədar fikir səsləndirib.
Medvedevin İran xəbərdarlığı
Rusiya baş naziri Dmitriy Medvedev başda İran olmaqla neft bazarına girən yeni aktorların qiymət riski meydana gətirdiyini söyləyib.
Hökumət üzvlərinin 2016-cı il büdcəsini müzakirə etdiyi toplantıda neft bazarında yaşanan prosesləri dəyərləndirən Medvedev neft qiymətlərindəki düşüşün davam edə biləcəyini qeyd edib.
Bu cür proseslərə hazır olmalı olduqlarını bildirən Medvedev mövcud problemlərin büdcəyə öz təsirini göstərəcəyini vurğulayıb: “Neft qiymətlərindəki düşüşün davam etmə ehtimalı İran kimi yeni oyunçuların bazara girməsi, neft qiymətlərində əlavə risklər yaradır".
Şərhlər