Coca Cola prezidentin göstərişindən nəticə çıxardı - Qiymətləri 30 faiz qaldırdı
17.01.2016 23:55 Ecoreaksiya 2783
"Coca Cola" firması bu gün qiymətləri qaldırıb.
Reaksiya.az- ın verdiyi xəbərə görə, şirkət dünəndən satdığı məhsulların qiymətini 30 - 40 faiz bahalaşdırıb. Belə ki, 1 litirlik "Coca Cola"lar artıq 0.60 qəpiyə deyil 0.90 qəpiyə satılır. 1 manata olan 2 litrlik kolalar isə 1.30 azn-ə satılır.
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev yanvarın 10 - da Nazirlər Kabinetinin iclası zamanı ölkədə baş vermiş qiymət artımına sərt münasibət bildirərək süni bahalaşmaya yol verənlərə qarşı ciddi cəza tədbirləri görməyi tapşırmışdı. Amma görünən odur ki, şirkət prezidentin bu göstərişinin ciddiliyinə boyun əymək niyyətində deyil...
Şərhlər