Baykonurdan raketlərin atılması Qazaxıstanda sellərə və quraqlığa səbəb olur
29.06.2015 10:54 Ecoreaksiya 2232
Dünyanın ilk kosmik aerodromu olan Baykonurdan raketlərin kosmik fəzaya göndərilməsinin Qazaxıstanda sellərə və quraqlığa səbəb olduğu iddiası ortaya atılıb. Bu iddianı da ortaya atan Qazaxıstan Müdafiə Nazirliyindən bir rəsmidir. Qazaxıstan Müdafiə nazirliyinin analitiki Aste Durmagambetov apardığı araşdırmalar nəticəsində Baykonurdan raketlərin atılması Qazaxıstanda sellərə və quraqlığa səbəb olduğunu açıqlayıb. Durmagambetovun hidrometrologiya ekspertləri ilə birgə apardığı araşdırmalar nəticəsində məlum olub ki, Baykonurdan raket atılan kimi ölkədə havalar kəskin şəkildə dəyişir.
Durmagambetov bildirib ki, Qazaxıstanda hava proqnozlarını müəyyən etmə proqramı WRS-Qazaxıstan tərəfimizdən inkişaf etdirilib. O, qeyd edib ki, raketin atıldığı dövrlərdə hava proqnozları ilə reallıq üst – üstə düşmür: “Hava vəziyyəti bu günlərdə qəfil dəyişir. Nisbi rütubət artır. Raketin radiusa minlərlə kilometrə kimi yayılır. Yağışlar başlayır".
Apardığı araşdırmaların nəticələrinin Rusiya üçün də əhəmiyyət daşıdığını söyləyən Durmagambetov qeyd edib ki, raketlərion atılmasından sonra Qazaxıstanda nisbi rütubət artarkən, Rusiyada isə anoloji halın tam tərsi baş verir: “Rusiyada quraqlıq və yanğınlar olur. Hər şey bir-biriylə əlaqəlidir. Ancaq bunu düşünmək istəyən yoxdur. Kosmik Agentlik üçün bunu fərq etməmək daha asan, çünki bu mövzuya əhəmiyyət verilsə fəaliyyətləri dayandırılacaq, norma və sazişlər yenidən nəzərdən keçiriləcək".
Şərhlər