BƏƏ neft ixracını dayandırır

18.01.2016 13:51     Ecoreaksiya     2263

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını dayandıra bilər.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum öz "Twitter" səhifəsində yazıb.

Baş nazir bildirib ki, "yaxın vaxtda BƏƏ-dən sonuncu neft barreli ixrac ediləcək".

O əlavə edib ki, rəhbərlik etdiyi hökumət yaxın gələcəkdə ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək üçün müzakirələrə başlayacaq.

Şərhlər