Dolların bugünkü məzənnəsi

19.01.2016 10:08     Ecoreaksiya     2213

Bu gün yanvarın 18-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi yüksəlib.

"Reaksiya" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 19-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 18-i ilə müqayisədə 0,0158 manat və ya 1% artaraq 1,6028 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,91% və ya 0,0158 manat artaraq 1,7451 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,49% azalaraq  0,0202 manat səviyyəsində qərarlaşıb.

Şərhlər