“5-7 bankın birləşməsi prosesi gedir”

19.01.2016 12:14     Ecoreaksiya     2171

Azərbaycan banklarında konsolidasiya prosesi baş verəcək.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.

E.Rüstəmov bildirib ki, zəif banklar birləşməlidir və bu bankların birləşməsi əhalidə də rahatlıq yaradacaq.

Baş bankirin sözlərinə görə, zəif bankların birləşməsi beynəlxalq banklar üçün də əlverişlidir. “Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir”, - deyə El. Rüstəmov  qeyd edib. 

Şərhlər