Baş bankir kreditlərə güzəştlərdən danışdı
19.01.2016 12:46 Ecoreaksiya 2091
Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov dollarda kredit götürən borclananlara güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirib.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, E.Rüstəmov bildirib ki, hal-hazırda bu məsələ "bizim iqtisadi komandanın gündəliyinə daxildir və müzakirə olunur".
"5 000 dollaradək olan kreditlər köhnə məzənnə ilə ödənilə bilərmi" sualına baş bankir bu cür cavab verib: "5 000 dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər. İlkin hesablamalara görə, söhbət 250 milyon dollardan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə Mərkəzi Bankın səlahiyyətinə aid məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir".
Şərhlər