"AGBank" iki filialını bağladı

19.01.2016 16:43     Ecoreaksiya     2286

"AGBank" ASC-nin iki filialı bağlanıb.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bankın Bakının Yasamal rayonu, İnşaatçılar prospekti 31A ünvanında yerləşən "İnşaatçılar" filialı "Elmlər" filialı ilə birləşdirilib.

Bundan başqa, paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31 ünvanında yerləşən "Azadlıq" filialı da "Nəsimi" filialı ilə birləşdirilib.

Qeyd edək ki, bankdan informasiyanı təsdiqləyiblər.

Şərhlər