Rusiyada dolların məzənnəsi tarixi rekord həddə çatdı

20.01.2016 16:35     Ecoreaksiya     2064

Rusiyada bu gün ABŞ dollarının məzənnəsi 80 RUB/USD psixoloji həddini keçərək yeni tarixi maksimal səviyyəyə çatıb.

"Reaksiya" "Report"a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 15:30-da məzənnə 80,764 RUB/USD-yə yüksəlib. 

Qeyd edək ki, bundan əvvəlki rekord maksimal hədd 2014-cü il dekabrın 16-da 80,024 RUB/USD olub. Rublun kəskin zəifləməsi "Brent" markalı neftin qiymətinin bu gün 27,8 dollar/barel səviyyəsinə kimi enməsi ilə bağlıdır. 

Bununla yanaşı, vahid Avropa valyutasının məzənnəsi də Rusiyada yeni rekord səviyyəyə çatıb və 88,00 RUB/EUR olub. Qeyd edək ki, tarixi rekord 2014-cü il dekabrın 15-də müşahidə olunub (100,448 RUB/EUR). Rublun avro ilə müqayisədə rekordu keçməməsinə səbəb isə o zaman dollar/avro məzənnəsinin 1,24 USD/EUR səviyyəsində olması ilə bağlıdır. Hazırda isə bu məzənnə 1,09 USD/EUR-a bərabərdir. Avro dollarla müqayisədə zəiflədiyi üçün rubl rekordu keçə bilməyib.

"Report"un analitik qrupu hesab edir ki, neftin ucuzlaşması prosesinin davam etməsi fonunda dolların məzənnəsinin 90 RUB/USD-yə, avronun isə 100 RUB/EUR-a yaxınlaşacağı proqnozlaşdırılır.

Şərhlər