Dolların bugünkü məzənnəsi
21.01.2016 10:08 Ecoreaksiya 2240
Bu gün yanvarın 19-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi sabit qalıb.
"Reaksiya" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 21-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 19-da olduğu kimi 1,6028 manat olub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 19-da USD/AZN rəsmi məzənnəsini yanvarın 21-i üçün 1,6028 səviyyəsində müəyyən edib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,04% və ya 0,0007 manat artaraq 1,7458 manata yüksəlib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0005 manat və ya 2,48% azalaraq 0,0197 manata düşüb.
Şərhlər