Tarif Şurasının işçilərinin sayı artırıldı

21.01.2016 12:46     Ecoreaksiya     2143

Nazirlər Kabineti “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında” qərarında dəyişiklik edib.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, dəyişiklik Tarif (qiymət) Şurası Katibliyinin işçilərinin sayı ilə bağlıdır.

Qərara əsasən Tarif (qiymət) Şurası Katibliyinin say həddi 30 vahiddən 33 vahidə qaldırılıb.

Şərhlər