Azərbaycan vətəndaşlarına ziyan vuran biznesmen axtarışa verildi

29.06.2015 13:35     Ecoreaksiya     2306

Azərbaycanda tikinti şirkətinin rəhbəri barəsində axtarış elan edilib.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, 1963-cü il təvəllüdlü Tağıyev Elman Həsənqulu oğlu Cinayət Məcəlləsinin dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi) , vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (Cinayət Məcəlləsinin 308-ci maddəsi), Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq dəyişmə (Cinayət Məcəlləsinin 319-cu maddəsi) və vergidən yayınmaqda (Cinayət Məcəlləsinin 213-cü maddəsi) təqsirləndirilir.

Qeyd edək ki, E. Tağıyev “Birlik-İnşaat” MMC və “Hayan-E” MMC-nin rəhbəri olub. E. Tağıyev 210 mənzili 543 nəfərə təkrar sataraq, ümumilikdə vətəndaşlara 10 milyon manatdan çox ziyan vurub. E. Tağıyev və onun ətrafında olan şəxslərin qanunsuz hərəkətləri ilə bağlı başlanmış cinayət işinə 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Lakin E.Tağıyev ölkədən qaçdığı üçün məhkəmənin onunla bağlı çıxardığı qərar icra olunmayıb.a

Şərhlər