“Manatın hazırkı məzənnəsi ədalətlidir” - İlham Əliyev

22.01.2016 10:15     Ecoreaksiya     2133

“Neftin qiymətinin azalmasına baxmayaraq, biz milli valyutamızı dəstəkləmək üçün əlavə tədbirlər görməyəcəyik”.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bunu RİA “Novosti” agentliyinə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Manatın məzənnəsinə gəlincə, düşünürəm ki, biz artıq əlimizdən gələni etdik. Bundan artığını gələcəkdə hökumət etməyəcək. Neftin ucuzlaşması davam edərsə, manat bundan əziyyət çəkməyəcək. Manatın hazırkı məzənnəsi ədalətlidir və öz yerini tapıb”, - deyə dövlət başçısı qeyd edib.

Şərhlər