Dollar 82 rubl, Ural nefti 25 dollar... - Rusiya Mərkəzi Bankı vəziyyətə nə vaxt müdaxilə edəcək?
22.01.2016 16:00 Ecoreaksiya 2473
İranın neft bazarına qiymətləri aşağı salaraq qayıtması, neftin qiymətini 28 dolların altına endirməsi, dünən Rusiyada rublun dəyərdənb düşməsinə səbəb olub. Gün içində dollar 82,47 rubla, avro isə 90,10 rubla kimi yüksəlib. Beləcə "dəyərsiz rubl" bütün zamanların rekordunu təzələyib. Daha sonra dollar 81,26 rubl, avro isə 88,6 rubla kimi aşağı düşüb. Bu arada Rusiyanın “Ural” markalı neftinin qiyməti dünən 25 dollara kimi düşüb. “Vedomosti” qəzeti avropalı alıcıların İran neftinə yönəlməyə başladıqlarını, Rusiyanın “Ural” markalı neftinə ABŞ-ın həvəsinin artdığını yazıb.
Rusiyada Mərkəzi Bankı, rubldak düşüş hansı səviyyəyə gəlsə, valyuta bazarını tənzimləməyə başlayacaq?
“Bloomberg” agentliyi mütəxəssislərə bu barədə sual ünvanlayıb. “Bloomberg“- in anketində iştirak edən mütəxəssislərin böyük əksəriyyəti, bu gün 81 rublu keçərək record həddə çatan dolların kursunun 90 rubla gəlib çatacağı təqdirdə, Mərkəzi Bankın müdaxilə edəcəyini proqnozlaşdırıblar.
Mütəxəssislərin əksəriyyəti Mərkəzi Bankın rublu dəstəkləmək üçün valyuta satacağını düşünürlər. bəzi ekspertlər isə daha sonra faizlərin yuxarı qaldırılma ehtimalına da toxunublar.
“Sberbank”-ın ekspertləri neftin bir barrelinin 15-25 dollara düşməsi halında Rusiya Mərkəz Bankının valyuta bazarına müdaxilə edəcəyini proqnozlaşdırırlar.
Mərkəzi Bankın sədri Elvira Nabiullina da dünən bildirmişdi ki, əgər maliyyə istiqrarının təhlükədə olduğu ilə bağlı riski görsələr bazara müdaxilə edəcəklər.
Davos zirvəsində çıxış edən məşhur rusiyalı oliqarx Oleq Deripaska Mərkəzi Bankı heç nə etmədən böhrana tamaşa etdiyini tənqid edib və Rusiyanın xammala söykənən inkişaf modelinin başa çatdığını, daha çox ixracat üçün devalvasiyanın lazım olduğunu qeyd edib.
Şərhlər