Mərkəzi Bank: Bu gün 19 banka 39 mln. dollar satılıb
25.01.2016 12:52 Ecoreaksiya 1652
Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Reaksiya xəbər verir ki, Mərkəzi Bankdan "APA-Economics"ə verilən məlumata görə, tənzimləyici tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Hərracda iştirak edən 19 bank tərəfindən məcmu tələb 39,370 mln. ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.
Şərhlər