Gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilib

27.01.2016 12:18     Ecoreaksiya     1485

Azərbaycan prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib.
 
Reaksiya xəbər verir ki, Komitənin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 manata (ƏDV daxil deyil) endirilib.

Şərhlər