İran iki ildən sonra Avropaya qaz nəql edəcək
27.01.2016 15:40 Ecoreaksiya 1238
İran iki ildən sonra Avropaya qaz nəql etməyi planlaşdırır.
Reaksiya.info "APA-Economics"-ə istinadla xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazır.
Nəşr yazır ki, İran dünyada ən iri təbii qaz ehtiyatlarına malikdir, ancaq müəyyən ixrac infrastrukturu yoxdur. Bununla bağlı İslam Respublikasının bir neçə variantı mövcuddur.
İran Milli Qaz Şirkətinin rəhbəri Əlirəza Kamili bildirib ki, bu layihələrdən biri LNG terminalının inşasını bərpa etməkdir. Bu terminalın tikinti işlərinin 40%-i 2012-ci ildə İrana qarşı sanksiyalar tətbiq olunan zaman yekunlaşıb.
Digər variant - Fars körfəzinin dibi ilə Omana qədər boru kəmərinin tikintisidir. Bildiyimiz kimi, Oman Avropaya yanacağın ötürülməsi ilə bağlı infrastruktura malikdir. Ə. Kamili qeyd edib ki, Oman artıq iki boru kəmərinin tikintisinə razılıq verib.
Bundan başqa, Tehran bir neçə Avropa şirkəti ilə təbii qazın mayeləşdirilməsi ilə bağlı dəniz terminalının tikintisi istiqamətində danışıqlar aparır.
Şərhlər