Azərbaycan 4 milyard dollar kredit götürür

28.01.2016 11:18     Ecoreaksiya     1416

Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.
 
Bu barədə BVF-nin nümayəndəsi “Financial Times” qəzetinə bildirib.
 
Onun sözlərinə görə, bu məsələnin müzakirə üçün BVF və DB nümayəndələri 28 yanvar - 4 fevral ərzində Bakıya rəsmi səfər edərək hökumət rəsmiləri ilə görüşlər keçirəcək.
 
“Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”, - deyə o bildirib. 

Şərhlər