Prezident tövsiyyə etdi, "Naz Lifan"ın qiyməti qalxdı

28.01.2016 20:45     Ecoreaksiya     1634

Prezident İlham Əliyev ötən gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara “Lifan” avtomobilini sürməyi tövsiyə edib. 

Ölkə başçısının bu tapşırığından sonra “Lifan” avtomobillərinin qiymətində artım müşahidə olunub. 

Maşın bazarında alverlə məşğul olan bir neçə maşın dəllalı ilə söhbət edən moderator.az-ın əməkdaşına bildirilib ki, əvvəllər “Lifan” sahibləri onlara təqdim etdiyi maşınları dəyər-dəyməzə olsa belə satmağı tövsiyə edirdilər. Ancaq bu gün maşın sahibləri onlara zəng vuraraq deyiblər ki, maşını ilkin qiymətə satın. Əvvəllər isə “Lifan” sahibləri alverçilərə avtomobilləri 700-800 azn endirimlə satmalarına icazə vermişdilər.

Şərhlər