“Araz” çökür! - Supermarketləri işlədə bilmədiyindən bir-bir bağlayır!

28.01.2016 21:12     Ecoreaksiya     1740

 “Araz” supermarketlər şəbəkəsi qısa müddətdə heç bir araşdırma və ciddi hesablama aparmadan supermarketlərinin sayını artıraraq 43-ə çatdırmışdı. İdarəetmənin zəif olduğu özünü açıq şəkildə göstərirdi. Mağazaya yığılan qeyri - peşəkar heyət , mağaza müdürlərinin səriştəsizliyi , plansızlıq, işbilməməzlik nəticəsində “Araz” supermarketlər şəbəkəsi bu ay 6 filialını bağladı. Növbəti ay daha 10 filialın bağlanacağı gözlənilir. Tədarükçülərə olan borclarını vaxtında ödəyə bilməyən şəbəkə, işçilərinidə ixtisar edib. Müştərilər tərəfindən daimi olaraq şikayətlərin və xəbərdarlıqların olmasına baxmayaraq şəbəkə öz üzərində işləmədi , müştərilərin şikayətlərini qulaqardı etdi və nəticədə itirən yenə “Araz” marketlər şəbəkəsi oldu.

İçtimayətlə Əlaqələr şöbəsi qış yuxusuna gedib deyəsən,  belə vəziyyətdə öncədən insanları, alıcıları xəbərdar etmək lazımdır. Marketinq və Planlama şöbəsidə öz isti ofisində mürgüləyir, filiallar necə açılmışdısa o formada da bağlandı.

Şərhlər