Neft 36 dolları keçdi

28.01.2016 21:30     Ecoreaksiya     1842

"Qafqazinfo” Gazeta.ru-ya istinadən xəbər verir ki, hazırda Brent markalı neftin bir barrelinin qiyməti 36 dollardan da bahadır. Belə ki, qiymət 6,7% artaraq 36,2 dollarda qərarlaşıb.

WTI markalı neftin qiymətində də artım var. WTI-nin bir barreli 6,13% artımla 34,28 dollardan təklif olunur.

Bu bahalaşma Rusiyanın energetika naziri Aleksandr Novakın fevralda OPEK-in toplantısında iştiraka hazır olması ilə bağlı bəyanatından sonra qeydə alınıb.

Şərhlər

Çox oxunanlar