Camaat banklara hücum çəkib - Yolları kəsdi...

29.01.2016 12:00     Ecoreaksiya     2550

Valyuta ilə kredit alanlar banka hücum edib yolları kəsdi

Kremlin isə cavabı gecikmədi: "Özləri bunu seçib"

 

Sərt devalvasiyanın təsirləri ilə üzləşən Rusiyada xarici valyuta ilə ipoteka krediti alan və bu gün borc bataqlığına girən bəzi vətəndaşlar küçəyə töküldülər. Moskvanın əsas prospekti Tverskayada xarici valyuta ilə kredit aldığına görə devalvasiyadan sonra çətin vəziyyətə düşən vətəndaşların nümayişi keçirilib. Küçəni bağlayan təxminən 300 nəfər “Delta Kredit” adlı bankın qarşısında toplanaraq bank rəhbərləri ilə görüş tələb edib. Nümayiş zamanı yol bağlanıb, polis nümayiş iştirakçılarını prospektdən uzaqlaşdırıb. Bəzi nümayişçilər isə həbs olunub.

Nümayişçilər kredit borclarının müqavilələrin imzalandığı tarixdəki kursla hesablanmasını və üstünə 30% kompensasiya ödənilməsini təklif edir. Banklar isə razılaşma şərtlərini dəyişdirməyi rədd edir. Ziyan çəkən şəxs olduğunu müdafiə edən kredit borcluları həftənin əvvəlində də bəzi bank şöbələrinə hücum çəkib hərəkət etmişdi.

Prezident Putinin spikeri Dmitri Peskov məsələ ilə bağlı verdiyi açıqlamda bildirib ki, belə bir problemin olduğunu bilirlər: “Həqiqətən çox çətin vəziyyətə düşən insanlar var. Ancaq bu, üstlərinə bəzi məsuliyyətləri götürən şəxslərin öz istəyi idi".

Şərhlər