“Texnikabank” bağlandı? - Bankın rəhbəri danışdı
29.01.2016 12:06 Ecoreaksiya 2680
“Texnikabank”ın İdarə Heyətinin sədri Etibar Əliyev bankın lisenziyasının ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirib. O, Musavat.com-a açıqlamasında Mərkəzi Bankın belə bir qərarının olduğunu təkzib edib.
Etibar Əliyev bankın bağlanması barədə qərarın artıq əməkdaşlara elan olunduğunu da təkzib edib: “Mən əməkdaşlara heç nə elan etməmişəm. Hamı iş başındadır. Bankın lisenziyasının ləğvi barədə qərar yoxdur. Belə bir qərar olsa, ona hörmətlə yanaşacağıq”.
Bankdakı mənbə isə Musavat.com-a bildirib ki, həqiqətən "Texnikabank"ın bağlanacağı gözlənilir. Amma Mərkəzi Bankın bu barədə qərarı rəsmən elan edilməyib.
Qeyd edək ki, 21 dekabr devalvasiyasından sonra Azərbaycanda bankların bağlanmasına, bəzilərinin isə birləşdirilməsinə başlanılıb. İndiyədək 6 bank bağlanıb, bir neçə iri bankın isə konsolidasiyası gözlənilir.
Şərhlər