“Lukoyl” rəhbəri neftin 60 dollar olacağını düşünür
29.01.2016 13:31 Ecoreaksiya 1860
Rusiyanın “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov dünya bazarında neftin qiymətinin artacağını düşünür.
Novator.az-ın məlumatına görə, Vahid Ələkbərov Avstriyanın “Format” qəzetinə müsahibəsində deyib ki, ilin sonunadək neftin bir barrelinin qiyməti 60 ABŞ dolları ola bilər.
O deyib ki, “Lukoyl” 2015-ci il üçün dividendlərə 2 milyard 160 milyon dollar ödəməyi planlaşdırır. Şirkət rəhbəri 2015-ci ildə “Lukoyl”un maliyyə vəziyyətinin sabit qaldığını, nisbətən mənfəət olduğunu da vurğulayıb.
Neft son iki ildə 80 dollardan çox dəyər itirib. 2014-cü ilin mart ayında neftin bir barreli 114 dollardan baha olub. 2015-ci ilin yanvarında qiymət 57,34 dollara düşüb. Hazırda isə Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 33,75 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 34,67 dollardır. “AzəriLayt” markalı neftin bir barreli isə 35,98 dollara satılır.
Şərhlər