SOCAR Gürcüstana qaz tədarükünü 50 milyon kubmetr artırır
29.01.2016 13:35 Ecoreaksiya 1604
SOCAR Gürcüstana təbii qaz tədarükünün optimallaşdırılması məqsədilə Gürcüstan tərəfinin müraciəti əsasında “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri konsorsiumlarının iştirakçıları ilə danışıqlar aparıb və “Şahdəniz” yatağından Gürcüstana qaz ixracı haqqında müvafiq müqavilələrdə müəyyən olunmuş mövsümlə bağlı məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi barədə razılıq əldə edib.
Reaksiya xəbər verir ki, SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, razılığa əsasən qış dövründə Gürcüstana qaz tədarükü minimum 50 milyon kubmetr artırılacaq.
“Gürcüstan tərəfinin müraciətinin dəstəklənməsi Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətlərinin mövcudluğunu bir daha sübut edir və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də möhkəmləndirilməsi və inkişafı üçün əsas yaradır”, - deyə bildirilir.
Şərhlər