"NBC Bank"ın lisenziyası bərpa edildi

30.01.2016 12:00     Ecoreaksiya     1596

Mərkəzi Bank "NBC Bank” ASC-nin lisenziyasını bərpa edib. 
 
“Reaksiya” "BAKU.WS"-a istinadən xəbər verir ki, bank fəaliyyətini davam etdirir. 
 
Qeyd edək ki, bankın lisenziyası yanvarın 25-də Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 və 06/3 nömrəli qərarları ilə ləğv edilmişdi. Bankın məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyi, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyi bildirilirdi. 
 
Lisenziyanın bərpa edilməsilə söylənilərin belə olmadığı məlum oldu. 

Şərhlər