Dünya Bankı: Azərbaycan hökumətinə zəruri dəstək verməyə hazırıq

30.01.2016 14:26     Ecoreaksiya     1842

Dünya Bankı (DB) və Azərbaycan hökuməti ölkənin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi və xarici şoklara, o cümlədən neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlı orta və uzun müddətli tədbirlər dəstini müzakirə edir.
 
"APA-Economics" xəbər verir ki, bu barədə DB-nin Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilir.
 
"Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır və Azərbaycanın uzunmüddətli inkişaf tərəfdaşı kimi, Dünya Bankı bu sahədə zəruri dəstəyi təmin etməyə hazırdır", - deyə məlumatda bildirilir.

Şərhlər