Bağlanan bankda bir nəfərin 40 milyon pulu qalıb

01.02.2016 13:28     Ecoreaksiya     2162

Azərbaycan Mərkəzi Bankının bu il lisenziyasını ləğv etdiyi banklarda yerləşdirilmiş ən böyük əmanətin məbləği 40 milyon manat olub.

Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov ATV telekanalının “İqtisadi zona” verilişinə müsahibəsində bildirib.

Amma A.Cavadov həmin əmanətin kimə məxsus olduğunu və bağlanmış 6 bankdan hansında yerləşdirildiyini açıqlamayıb.

Qeyd edək ki, əmanətlərin sığortalanması qaydalarına əsasən, bir bankda yerləşdirilmiş əmanətə görə maksimum 30 min manat kompensasiya ödənilir.(oxu.az)

Şərhlər

Çox oxunanlar