Türkiyədə Rusiya avtomobil daşımaları dayandırılır
01.02.2016 14:26 Ecoreaksiya 1605
Türkiyə tərəfindən verilmiş icazənin sona çatması ilə bağlı bu ölkə ərazisindəki daşımalarda Rusiya avtomobil vasitələri istifadə oluna bilməz, beynəlxalq daşımalar üzrə Rusiya avtomobil nəqliyyatçılarının qurumu (ASMAP) bildirib.
"İndiyədək Türkiyə tərəfilə 2016-cı ildəki icazələr siyahısı razılaşdırılmayıb”.
ASMAP bildirir ki, qarşılıqlı icazələrlə bağlı Türkiyəyə öz təkliflərini təqdim edib.
Ötən ilin dekabr ayında Rusiyanın nəqliyyat naziri Maksim Sokolov qarşılıqlı icazələrin sayının 4 dəfə azaldılacağını bildirmişdi.
Bundan əvvəl Rusiya və Polşa arasında nəqliyyat icazələrənin uzadılması barədə danışıqlar nəticəsiz başa çatıb.
Nəticədə Rusiya və Polşanın yük avtomobilləri fevralın 1-dən etibarən qarşı tərəfin ərazisində fəaliyyət göstərə bilməyəcək.
Məsələni həll etmək məqsədilə yeni danışıqların keçiriləcəyi bildirilir.
Şərhlər