“Birləşmək üçün danışıqlar aparırıq” - Bank rəhbəri
01.02.2016 18:43 Ecoreaksiya 2534
Azərbaycan Mərkəzi Bankının lisenziyasını ləğv etdiyi “Qafqaz İnkişaf Bankı” bazara qayıtmaq üçün konsolidasiya danışıqları aparır. Reaksiya xəbər verir ki, bunu fins.az-a açıqlamasında bankın Müşahidə Şurasının sədri Eldar İsmayılov deyib. Onun sözlərinə görə, birləşmək məsələsi ölkənin 5-6 bankı ilə müzakirə obyektidir. Onların arasında həm bağlanmış banklar, həm də fəaliyyətdə olan kiçik banklar var. Bununla belə, bank rəhbəri konsolidasiyaya gedə biləcəkləri bankların adını açıqlamayıb.
Şərhlər