BVF və Dünya Bankı hökumətin qarşısında hansı şərtləri qoyub?
02.02.2016 15:54 Ecoreaksiya 1211
"Azərbaycan": Azad Rəhimov: "Formula-1" yarışlarına hazırlıq işləri qaydasında gedir
Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib ki, "Formula-1" üzrə Avropa Qran-pri yarışlarına hazırlıq işləri qaydasında gedir və heç bir problem yoxdur.
"Nazir deyib: “Yarışlara hazırlıq işlərində Bakı sakinlərinə hər hansı problem yaradılmamasına çalışırıq. Baxmayaraq ki, 6 kilometrlik yolun asfalt örtüyünün dəyişdirilməsi işləri gedir, bu, şəhərdə tıxaclar yaratmayıb. Əsas yollarda olan kommunikasiya xətlərinin dəyişdirilməsi ilə bağlı işlər də başa çatıb”.
"Reaksiya.info" BBC-yə istinadən xəbər verir ki, nazir qeyd edib ki, “Formula-1” üzrə Avropa Qran-pri yarışları üçün pit-lane sifariş olunub. "Uzunluğu 300 metr, eni 21 metr olan ikimərtəbəli bina Bakıya gətiriləcək və Azadlıq meydanında quraşdırılacaq."
"Azadlıq": Azərbaycan hökuməti "Formula-1" üçün nələrə gedib?
Avtomobil yarışları barədə məqalələrilə məşhur olan “Beyond the Flag” saytının dərc etdiyi yazı “Niyə Azərbaycan?” sualı ilə başlayır. Məqalədə deyilir ki, Azərbaycanda “Bakı-Avropa Grand Prix” yarışı elan ediləndən bəri bu sual ortalıqda dövr edir və yeni suallar doğurur.
Müəllif yazır ki, “Azərbaycan texniki baxımdan Avropada yerləşsə də, bir balaca şərqə getmək kifayətdir ki, Türkmənistanın üstünə çıxasan, oradan oyana isə Çinə bir qarış yol qalır”.
“Əlbəttə, Avropa ölkəsi Avropadır və nə qədər şərqdə yerləşməsindən asılı olmayaraq, yarışın bu coğrafi məkanda keçirilməsinin tənqidi şübhə doğurmalıdır”, – deyə müəllif yazır.
Jurnalistin gəldiyi nəticə budur ki, Azərbaycanın ev sahibliyini onun zəngin olması təmin edib. Azərbaycan dünyanın ən zəngin yüz ölkəsinin siyahısındadır.
Məqalədə deyilir ki, “yalnız bundan çıxış edərək Berni Eklstounun neft maqnatları ilə çiyin-çiyinə əyləşmək istədiyi barədə mülahizəni qəbul etməmək də olar, lakin Bakının, Azərbaycanın ”dərin ciblərinə” görə seçilmədiyini düşünmək üçün də gərək axmaq olasan.
...Hərçənd, “Grand Prix” yarışları bir qayda olaraq, pul baxımından varlı, siyasi baxımdan sabit ölkələrdə keçirilir.
...Heç şübhəsiz, Azərbaycan "Formula-1"ə elə bir şey təklif edib ki, bunu başqa bir ölkə etməzdi…
Jurnalist bir məqama da diqqət yetirir ki, 2004-cü ildən bəri "Formula-1" yarışları gözəl və mənzərəli ölkələrdə keçirilir, lakin onların, insan haqlarının tapdanması kimi bir ümumi cəhəti də var: ”Çin, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Meksika və Azərbaycan dünyada mətbuatın azadlığı indeksində (World Press Freedom Index) son yerləri tuturlar".
"Azadlıq": BVF və Dünya Bankı hökumətin qarşısında hansı şərtləri qoyub?
"Ötən həftə beynəlxalq maliyyə qurumları missiyası ilə Azərbaycan rəhbərliyi arasında danışıqlar ağır keçib və nəticə verməyib.
Qeyri-rəsmi mənbələrdən “Turan” agentliyinə məlum olub ki, kreditlərin verilməsi ilə bağlı xahişin cavabında beş tələb irəli sürülüb: geniş özəlləşdirmə, dövlət aparatında ixtisarlar, real məhkəmə islahatları, əmək haqları, pensiya və dövlət xərclərinin dondurulması, ÜTT-yə daxil olmaq."
Mənbənin məlumatına görə, hökumət beş şərtdən yalnız ikisi ilə razılaşdığına görə beynəlxalq qurumlar kreditin verilməsini qeyri-mümkün hesab ediblər.
"Bu, belə düşünməyə əsas verir ki, hökumət böhran əleyhinə ciddi tədbirlər həyata keçirməyə hazır deyil.
Britaniyanın “Financial Times” nəşrinin məlumatına görə, Azərbaycan hakimiyyəti BVF və Dünya Bankından 4 mlrd. dollar almağı planlaşdırmışdı. Lakin dövlət başçısı bu məlumatı təkzib edərək “antiazərbaycan qüvvələrin yalanı” adlandırıb. O əlavə edib ki Azərbaycanın xarici maliyyə yardımına ehtiyacı yoxdur."
Şərhlər