Dünyada neft yenidən ucuzlaşır

03.02.2016 09:21     Ecoreaksiya     2398

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşmaya doğru gedir.

Gün.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin 1 barelinin qiyməti 0,17 dollar ucuzlaşaraq 29,71 dollar olub.
 
ICE London birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0,16 dollar ucuzlaşaraq 32,56 dollar olub.
 
“APA-Economics"in məlumatına görə, ötən gün “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,41 dollar və ya 3,97% ucuzlaşaraq 34,09 dollar təşkil edib.

Şərhlər