Neft ucuzlaşır, manat möhkəmlənir

03.02.2016 12:44     Ecoreaksiya     1254

Əlvan metalın qiymətində müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə edilib.

Ötən həftə qiyməti 36 dollara qədər yüksələn neftin qiyməti bu həftə ucuzlaşaraq 29-30 dollar həddinə geriləyib. ANS PRESS-in məlumatına görə, dünya bazarlarında ötən gün 34.06 dollar olan “Brent” markalı neftin qiyməti bu səhər ucuzlaşaraq 32.65 dollar olub. 
“WTI” neftində cüzi bahalaşma müşahidə olunub. Ötən gün 31.34 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti bu gün 29.80 dollarda qərarlaşıb.

“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 1.69 dollar ucuzlaşaraq 34,09 dollar təşkil edib.


Mənbə: Bloomberg

Əlvan metalın qiymətində müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı ucuzlaşaraq 36,26 dollar olub. Platinin 1 qramı 27.54 dollar, palladiumun 1 qramı isə 15.89 dollar olub. Gümüşün qiyməti isə 1 qram üçün 0.45 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,5894 səviyyəsində olub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7348 manat, Rusiya rublu isə cüzi ucuzlaşma ilə 0.0199 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi cüzi ucuzlaşma ilə 2.2899 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5372 AZN müəyyənləşib. 

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 3-də 1,5894 səviyyəsində müəyyən olunub.


Mənbə: Azərbaycan Mərkəzi Bankı


Saat 05:54
Ötən həftə qiyməti 36 dollara qədər yüksələn neftin qiyməti bu həftə ucuzlaşaraq 29-30 dollar həddinə geriləyib. ANS PRESS-in məlumatına görə, dünya bazarlarında ötən gün 34.06 dollar olan “Brent” markalı neftin qiyməti bu səhər ucuzlaşaraq 32.72 dollar olub. “WTI” neftində də ucuzlaşma müşahidə olunub. Ötən gün 31.34 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti də ucuzlaşaraq 29.52 dollarda qərarlaşıb.
Ötən gün “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 35,78 dollar təşkil edib.


Mənbə: Bloomberg

Əlvan metalın qiymətində müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı ucuzlaşaraq 36,25 dollar olub. Platinin 1 qramı 27.40 dollar, palladiumun 1 qramı isə 15.74 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.46 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Ötən gün AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,5940 səviyyəsində olub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7400 manat, Rusiya rublu isə cüzi ucuzlaşma ilə 0.0206 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.296 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5397 AZN müəyyənləşib. 

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 3-də 1,5894 səviyyəsində müəyyən olunub.


Mənbə: Azərbaycan Mərkəzi Bankı

Şərhlər