"CDB Bank" ötən il üzrə hesabatını açıqlayıb

04.02.2016 09:26     Ecoreaksiya     2935

Ötən ilin yanvar ayından yeni ad altında fəaliyyətə başlayan "Caspian Development Bank" ASC (CDB Bank" qısa müddət ərzində bir sıra uğurlara imza atıb.

 

Reaksiya xəbər verir ki, Bankdan "APA Economics"ə verilən məlumata görə, bankın sahib olduğu mövcud lisenziya ona dünya bankçılıq təcrübəsində tətbiq olunan hər növ bank xidmətləri göstərməyə imkan verir. Bu gün CDB Bank fərdi, korporativ xidmətlər, internet bankçılıq, mobil bankçılıq, plastik kartlar, ekvayrinq xidməti, əmanətlər, fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, sürətli pul köçürmələri, törəmə maliyyə alətləri və sair xidmətlər həyata keçirməkdədir.

 

Hal Hazırda "CDB Bank"ın baş ofisi ilə yanaşı Bakı şəhərində "Buta" və Gəncə şəhərində "Çinar" şöbəsi fəaliyyət göstərməkdədir. Bu bir il ərzində "CDB Bank" Azərbaycan Banklar Assosiasiyasının, Əmanətlərin Sığortalanması Fondunun, Azərbaycan İpoteka Fondunun, Sahibkarlığa Kömək Milli Fondunun və bir çox müvafiq strukturların tamhüquqlu üzvü olub, bir çox beynəlxalq banklarla müxbir münasibətlər yaradıb. Eyni zamanda bank S.W.I.F.T., "VISA International" sistemlərinin üzvü və "Bloomberg" platformasının iştirakçısıdır. Bankın məqsədi Bazel III Prinsiplərinə uyğun olaraq, korporativ idarəetmə standartları əsasında fəaliyyətini quraraq peşəkar komanda sayəsində mütərəqqi bank texnologiyalarının tətbiqi ilə sektorda öz payına malik olan universal bank olmaqdır. Geridə qalan bu bir il ərzində demək olar ki, bank strateji planında nəzərdə tutulmuş hədəflərə çatmaq istiqamətində ciddi irəliləyişlərə nail olub. Bunu bankın illik hesabatından da görmək olar.

 

2015-ci il ərzində bankın aktivləri 129 mln. 60,73 min manat, kredit portfelinin həcmi isə 109 mln. 060,73 min manat təşkil edib. Depozit portfeli isə 2015-ci ilin yekunlarının nəticələrinə əsasən, 37 mln. 749,97 min manat təşkil edib.

 

Ümumilikdə isə ötən ili "CDB Bank" 8 mln. 426,26 min manat mənfəətlə başa vurub. "CDB Bank"ın illik hesabatı ilə daha yaxındanhttp://www.cdbbank.az/az/menu/78/ linkdən məlumat əldə edə bilərsiniz.

Şərhlər