“Azəriqaz”ın “Hövsan Quşçuluq” MMC-yə qarşı şikayəti təmin edilməyib
04.02.2016 10:51 Ecoreaksiya 13573
Bakı Apellyasiya Məhkəməsində “Azəriqaz” İstehsalat Birliyinin "Hövsan Quşçuluq” MMC-yə qarşı şikayətinə baxılıb.
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, “Hövsan Quşçuluq” MMC texniki şərtin dəyişdirilməsi və aktın tərtib edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Lakin həmin qərarla razılaşmayan “Azəriqaz” apellyasiya şikayəti verərək qərarın ləğvini istəyib.
Şərhlər