Kiprin taleyində dönüş nöqtəsi! - EKSPERT RƏYİ

01.07.2015 06:50     Ecoreaksiya     3605

Kipr və İvropa İttifaqı məsələləri üzrə ekspert, Prof.dr. Ata Atun Yunanıstanda baş verən son hadisələri dəyərləndirərkən bildirib ki, Yunanıstandakı SYRIZA-ANEL (Milliyyətçi Müstəqil Yunanlar) koalisiyasının, Aİ-nin ABŞ ilə birlikdə rəhbərlik etdiyi və ciddi – cəhdlə tətbiq olunan "Kapital nizam" sisteminin içində sosialist bir nizam qurmaq səyləri uğursuzluqla nəticələndi. Eksopert bildirib ki, əgər Yunanıstan bir şəkildə BVF-yə olan 1.6 milyard avroluq borcunu bu gün saat 24: 00 - ə kimi ödəyə bilməsə, istər - istəməz iqtisadi fiyaskoya məruz qalacaq: “Qeyd etmək lazınmdır ki, Yunanıstanın ümumi borcu 323 milyard avrodır. Bunun təxminən 142 milyardı Avropa Maliyyə Sabitlik fonduna, 53 milyardı da Aİ-nin verdiyi borc kreditinin payına düşür. Yəni, Yunanıstan Aİ-ə ümumi olaraq 194 milyard avro borcludur. 33 milyard avrosu Beynəlxalq Valyuta Fonduna (BVF), 19.5 milyard avrosu Avropa Mərkəzi Bankına, 50 milyard avrosu digər təhvil, 26 milyard avrosu da digər borclardır.

İndi kreditorlar bu pulları geri istəyir. Bunun üçün də Çiprasın önünə bir sıra tədbirlər siyahısı qoyublar. Zəngin şirkətlərdən və varlı vətəndaşlardan daha çox vergi alınmasını, erkən pensiya imkanlarının məhdudlaşdırılmasını, pensiya müavinətlərinin yüksəldilməsini və ƏDV - nin də 5% daha da artırılmasını yalnız istəməklə qalmır, şərt də qoyurlar.

Yunanıstan əgər bu gün BVF-yə olan 1.6 milyard avroluq borcunu ödəyə bilməsə, Türkiyə- Yunanıstan əlaqələri və Kipr problemi yeni bir dövrə qədəm qoyacaq, bununla da türklərin güclü, helenin zəif olduğu yeni bir siyasi proses başlayacaq”...

Şərhlər