Gəncədə 254 nəfər daimi işlə təmin olunub - FOTOLAR

06.02.2016 00:39     Ecoreaksiya     1325

Gəncə, 6 fevral, Rauf Hacıyev, AZƏRTAC

Fevralın 5–də Gəncədə əmək yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Gəncə şəhər Məşğulluq Mərkəzi tərəfindən Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının binasında təşkil edilən yarmarkada 60 idarə və müəssisə tərəfindən 746 iş yeri təklif olunub. Gün ərzində 724 nəfərə vakansiyalar üzrə göndəriş verilib. Günün sonuna olan məlumata görə, 254 nəfər daimi işlə təmin olunub.

Eyni zamanda, şəhər sakinləri öz istəklərinə uyğun olaraq kompyuter təmiri ustası, dərzi, ofisiant, bərbər, avtomobil təmiri üzrə çilingər və s. peşə hazırlığı kurslarına müraciət ediblər.

Şərhlər

Çox oxunanlar