Nazir: "2016-cı ildə satılan gübrələrin qiymətində artım olmayacaq"

06.02.2016 07:43     Ecoreaksiya     1181

Bakı. 6 fevral. REPORT.AZ/ Bu il Azərbaycanda fermer təsərrüfatlarına satılacaq olan müxtəlif təyinatlı gübrələr 2015-cü ildə - manatın 2-ci devalvasiyasından öncə xaricdən alınıb. Ona görə də, bu il gübrələrin satışı elə həmin məzənnəyə görə aparılacaq.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər ƏsədovGoranboyda fermerlərlə görüşü zamanı bildirib.

Nazir qeyd edib ki, hazırda ölkədə işlədilən gübrələr 100% xaricdən alınır və bu asılılığı aradan qaldırmaq üçün nəzərdə tutulan gübrə zavodunun inşası artıq başa çatmaq üzrədir.

Şərhlər

Çox oxunanlar