SOCAR "Azərenerji"ni məhkəmədə uddu

01.07.2015 13:38     Ecoreaksiya     2060

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərenerji" ASC-ni məhkəməyə verib.

"APA-Economics"in xəbərinə görə, bu barədə şirkətin saytında yer alan məlumatda qeyd olunur.

Bu ilin yanvarın 14-də SOCAR "Azərenerji"nin debitor borcun qaytarılması iddiası ilə Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edib.

Məhkəmə SOCAR-ın xeyrinə qərar çıxarıb.

"Azərenerji" borc məbləğinin ödənilməsinə dair qərarın yenidən baxılması üçün məhkəməyə apelyasiya ərizəsi ilə müraciət etməyib.

Qeyd edək ki, borcun məbləği açıqlanmır.

 

Şərhlər