​"Coca-Cola" Vergilər Nazirliyini məhkəməyə verib

06.02.2016 15:40     Ecoreaksiya     1346

 "Azərbaycan Coca-Cola Bottlers Limited" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.

"Report"un məlumatına görə, MMC departemantin qərarının ləğv olunması, hesablanmış və dövlət büdcəsinə ödənilmiş pulun qaytarılması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı mümkünsüz hesab edib.

Qərardan narazı qalan "Coca-Cola" apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Şərhlər