“Neftin qiyməti 2026-cı ilə kimi 60 dollardan baha olmayacaq” - ŞOK PROQNOZ
08.02.2016 17:53 Ecoreaksiya 1711
Dünyanın ən nəhəng neft treyderi sayılan “Vitol” şirkəti neft qiymətlərinin 2026-cı ilə kimi 1 barel üçün 40-60 dollar arasında qalacağını bildirib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, treyder Çin iqtisadiyyatındakı ləngimələrin və Amerikada şist qazının ixtirasının istənilən karbohidrogen xammalının qiymətindəki artıma mane olduğunu bildirib.
“Biz düşünürük ki, neftin qiymətləri 40-60 dollar diapazonunda dəyişəcək. Bu 5-10 il ərzində belə olacaq”.
“Vitol” şirkətinin prezidenti Yan Teylor yaxın gələcəkdə neftin üçrəqəmli qiymətə satılmayacağını deyib.
Teylorun fikrincə, Çin və şist qazı inqilabı ilə yanaşı, təklifin tələbi üstələməsi, İranın neft bazarına qayıtması və inkişaf etmiş ölkələrin neftdən daha qənaətlə istifadə etməyə öyrənməsi “qara qızıl”ın bahalaşmasına mane olan amillərdir.
Dünya tarixində ən ucuz neft dövrü 1986-1999-cu illərdə olub. Bu dövrdə neft 10 dollardan 20 dollara qədər qiymətə satılıb.
Şərhlər