Azərbaycan: 2024-cü il dollar istiqrazları "cüzi möhkəmlənib"

08.02.2016 18:02     Ecoreaksiya     1735

Azərbaycanın 2024-cü il üçün dollar istiqrazları "cüzi" möhkəmlənib, Reuters agentliyi Şotlandiya Kral Bankının Rusiya və Müstəqil Dövlətlər Birliyi (MDB) üzrə baş məsləhətçisi Tatyana Orlovaya istinadən yazır.
Onun sözlərinə görə, bu, Moody agentliyinin cümə günü Azərbaycanın kredit reytinqini "zibil"ə bərabər etdikdən sonra baş verir.
 
Mütəxəssis əlavə edib ki, Azərbaycanın borc ödəmə gücü son 3 ayda əhəmiyyətli dərəcədə azaldığından indiki məqamda enmə fərq etmir.
 
"Bazar artıq mənfi qiymətləndirib", Orlova qeyd edib.
 
Cümə günü Moody Azərbaycanın hökümət istiqrazlarını Baa3 reytinqindən Ba1 reytinqinə qədər endirib. Bu o deməkdir ki, indi Azərbaycanın reytinqi daha da azalma üçün nəzərdən keçirilmə ərəfəsindədir.
Agentlik bildirib ki, pisləşmənin əsas səbəbləri aşağıdakılardır:
 
1. Orta müddətdə iqtisadi inkişaf perspektivinin qəfil pisləşməsinə səbəb olan neft qiymətlərinin daha da enməsi
 
2. Bununla əlaqədar olaraq Azərbaycanın maliyyə sisteminə artan təzyiqlər və valyutanın dəyərini itirməsi
 
3. Nəticə olaraq dövlət borcu ölçüləri və xəzinəsinin vəziyyətinin pisləşməsi
 
İndiki məqamda Moody Azərbaycanın bu təzyiqlərə cavab fəaliyyətini, 2016-cı il üçün büdcə dəyişikliklərini və kapital axınına nəzarət etmək məqsədilə fəaliyyətinin effektivliyini nəzərdən keçirəcək.
 
Azərbaycanın xarici valyuta istiqrazları və depozit səviyyəsi də müvafiq olaraq, Ba1/NP və Ba2/NP-dən Baa3/P-3 və Baa3/P-3-ə qədər azalıb.
 
Mərkəzi Bank dekabrın 21-də üzən məzənnə rejiminə keçilməsi barədə qərar verib. Bundan sonra, manat dollara nisbətən dəyərini təxminən 48 faiz itirib.
 
Ondan əvvəl isə, Fevralın 21-də Mərkəzi Bank manatın 33 faizlik devalvasiyasına qərar vermiş, 1 manat 1.05 ABŞ dollarına bərabər olmuşdu.

Şərhlər

Çox oxunanlar