Bu il Ukrayna Azərbaycana ixracı 86 mln. dollar azaldacaq

09.02.2016 10:31     Ecoreaksiya     1245

Bu il Ukraynadan Rusiyaya əmtəə ixracı 30% azalaraq 4,2 mlrd. dollardan 2,9 mlrd. dollara enəcək. "APA-Economics" Ukrayna Milli Bankının cari il üzrə açıqladığı makroiqtisadi proqnozlara istinadən xəbər verir ki, buna səbəb həm qarşılıqlı sanksiyalar, həm də iqtisadi amillərdir.

 

Bununla yanaşı, proqnozda qeyd edilib ki, Ukrayna məhsullarının Rusiya ərazisindən tranzit qaydada keçirilməsinə qoyulan qadağa səbəbindən 460 mln. dollar itirəcək. Milli Bankın hesablamalarına əsasən, Ukrayna Qazaxıstana ixracı 8 mln. dollar, Azərbaycana 86 mln. dollar, Türkmənistana 60 mln. dollar, Özbəkistana 52 mln. dollar azaldacaq.

Şərhlər