Neft geriləyir, manat möhkəmlənir - Əlvan metalların qiymətində bahalaşma müşahidə olunur.
09.02.2016 12:34 Ecoreaksiya 1273
Neft yeni həftəyə cüzi ucuzlaşma ilə başlasa da günortaya yaxın dünya birjalarında "qara qızıl"ın qiymətində nikbinlik müşahidə olunmuşdu. ANS PRESS-in məlumatına görə, bu gün neftin qiymətində geriləmə olub. Dünya bazarlarında ötən gün 34.17 dollar olan “Brent” markalı neftin qiyməti bu səhər 32.87 dollar təşkil edir.
“WTI” markalı neftin də qiymətində də cüzi ucuzlaşma qeydə alınıb. Ötən gün 30.99 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 29.96 dollar təşkil edir.
Ötən gün “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,65 dollar ucuzlaşaraq 34,26 dollar təşkil edib.
Mənbə: Bloomberg
Əlvan metalların qiymətində isə sabitlik müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bahalaşaraq 38,34 dollar olub. Platinin 1 qramı 29.68 dollar, palladiumun 1 qramı isə 16.43 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.49 dollar müəyyənləşib.
Mənbə: Bloomberg
AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 8-də 1,5787 manat müəyyən edilib. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7695 manat, Rusiya rublu da cüzi ucuzlaşma ilə 0.0201 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.2765 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5344 AZN dəyərində müəyyənləşib.
Şərhlər