Azərbaycan prezident “Valyuta tənzimi haqqında” qanuna əlavə və dəyişikliklər haqqında qanunu Milli Məclisə geri qaytarıb
10.02.2016 11:54 Ecoreaksiya 1724
Prezident İlham Əliyev “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” bu il yanvarın 19-da qəbul edilmiş qanunu Milli Məclisə geri qaytarıb.
Prezidentin iqtisadi islahatlar üzrə köməkçisinin xidmətindən APA-ya verilən məlumata görə, prezident bu addımı Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, həmçinin sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq atıb.
Qeyd edək ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.
Şərhlər