Azərbaycanda yeni neft quyusu 300 at gücü ilə qazıldı - 28 saylı quyunun qazma işləri başa çatdırılıb.

10.02.2016 19:26     Ecoreaksiya     1541

Azərbaycanda yeni neft quyusu qazılıb.

ANS PRESS-in məlumatına görə, SOCAR-AQŞ (Abşeron Qazma Şirkəti) 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 823 m olan 28 saylı quyunun qazma işlərini başa çatdırıb. Tikinti işləri təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl uğurla yekunlaşdırılıb.

28 saylı quyuda qazma işlərinə 30 dekabr 2015-ci ildə başlanılıb. "Qərbi Abşeron’’ yatağında qazılan quyunun faktiki dərinliyi 820 metr təşkil edir. 20 saylı stasionar dəniz özülün qurğu rəisi Səyavuş Abdullayev bu quyunun özünəməxsus xüsusiyyətlərinin olduğunu dedi.

" 28 saylı quyunun qazılmasında müəssisəmiz yeni avadanlıq-HH 300 qazma qurğusundan uğurla istifadə etmişdir. 300 at gücündə olan, tam avtomatlaşdırılmış və yığcam olan bu qurğu hidravlik olduğundan qazma baltasına əlavə olaraq 30 tona yaxın yük verə bilir ’’-deyə qurğu rəisi əlavə etdi.

Quyu gündəlik 20 ton neft hasilatlı ilə istismar fonduna qəbul edilib. 

SOCAR-AQŞ-nin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, mənimsənilməsi, quyuların əsaslı təmiri və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. 

Hazırda SOCAR-AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı və ‘’Ümid’’ yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) ‘qazma işləri aparır. Müəssisə, eyni zamanda ‘’Bulla’’ və ‘’Günəşli 7’’ yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir. 



Quyunun qazılmasında istifadə olunan qurğu

Şərhlər

Çox oxunanlar