Mərkəzi Bank bu gün 10 banka 33,6 mln. dollar satıb
12.02.2016 12:50 Ecoreaksiya 2168
Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan "APA-Economics"ə verilən məlumata görə, tənzimləyici tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 10 bank tərəfindən məcmu tələb 33,6 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.
Şərhlər