Cahangir Hacıyevin Beynəlxalq Banka 40 milyonluq ziyanı
13.02.2016 01:51 Ecoreaksiya 1555
Rublun devalvasiyasına görə biznesmen borclarını qaytarmaq iqtidarında deyil.
Azərbaycanın ən böyük bankı Beynəlxalq Bank Peterburqda yerləşən Ermitaj mehmanxanasını həbs etməyə çalışır.
ANS PRESS-in məlumatına görə, buna səbəb onun faktiki sahibı - biznesmen Malik Babayevin banka 1,6 milyard rubl (321 600 000) borcu olmasıdır.
Peterburqda yerləşən Ermitajın rəsmi mehmanxanasının sahibi Malik Babayev Azərbaycan Beynəlxalq bankından götürdüyü borcu hələ qaytarmaq fikrində deyil.
Azərbaycan beynəlxalq bankı məhkəmə vasitəsilə Peterburqda Pravda küçəsi 10 ünvanında yerləşən Ermitajın rəsmi mehmanxanasına həbs qoymağa çalışır. Beş ulduzlu “The Hermitage Hotel”in mülkiyyətçisi azərbaycanlı Malik Babayevin Beynəlxalq Baltik İnvestisiya Şirkətidir.
2012-ci ildə o Ermitajın başçısı Mixail Piotrovskimlə müəyyən ödəmə qarşılığında məşhur muzeyin adının otel adı kimi istifadə edilməsinə razılıq əldə edib. Razılaşmanın məbləğı açıqlanmır. Babayev Ermitaj muzeyinin adından kommersiya məqsədi ilə istifadəyə razılıq almağa nail olan ilk biznesmendir.
Malik Babayev sovet dövründən qalan köhnə oteli aldıqdan sonra binanı restavrasiya etmək üçün Azərbaycan Beynəlxalq Bankından illik 12 faizə olmaqla dollarla kredit götürüb. Babayevin bankdan nə qədər kredit götürdüyü barədə məlumat verilmir. Ekspertlər binanın restavrasiyasına və təmirinə təxminən 40 milyon dollar yaxın vəsaitin xərcləndiyini bildirir.
Otelə həbs qoyulmasına dair məhkəmə iddiası ilə Azərbaycan Beynəlxalq Bankının Rusiyada törəmə bankı olan “MBA-Moskva” tərəfindən iddia qaldırılıb. Bankdan Babayevin şirkətinin borc öhdəliklərini yerinə yetirmək istəmədiyi bildirilib. Borcun ödənilməsi gecikdiyinə görə bank Babayevin girov kimi qoyulan otelin müsadirə olunması üçün iddia qaldırıb.
“Mübahisə predmeti aydın deyil. Biz iddianı görməmişik. Yalnız işin materialları ilə tanış olmaq üçün ərizə vermişik", - deyə şirkət nümayəndəsi bildirib. Bu günlərdə keçirilən məhkəmə bankın otelə həbs qoyulmasına dair iddiasını təmin etməyib. Çünki bank cavabdehin əmlakına həbs qoyulmayacağı təqdirdə ondan borcunu ala bilməyəcəyini əsaslandıra bilməyib. Habelə məhkəmə otelin tərəflər arasında birbaşa mübahisə predmeti olmadığını bildirib. Bank isə bu qərardan apelyasiya verib.
Malik Babayev kredit götürdükdən sonra oteli banka girov qoyub. Daşınmaz əmlak üzrəRusiya Reyestrində bu barədə məlumat yoxdur, ancaq bank otelin girov qoyulduğunu təsdiq edir. Babayevin təmsilçisi isə “kommersiya sirri olduğu üçün” bu məsələni şərh etməyib. Babayevin özü isə jurnalistlə ünsiyyətdən imtina edib.
Əgər Beynəlxalq Baltik İnvestisiya şirkətinin maliyyə durumu pisləşəcəksə, şirkət mehmanxanadan məhrum ola bilər. Mühasibat haqq-hesabının məlumatları onun şirkətinin maliyyə göstəricilərinin pisləşdiyini göstərir.Ən son 2012, 2013-cü illəri ziyanla başa vurub.
Habelə şirkətin başqa tərəfdaşlarına da dollarla borclarının olduğu üzə çıxıb. Rublun devalvasiyasına görə Babayev borclarını qaytarmaq iqtidarında deyil. Malik Babayev Peterburqda daşınmaz əmlak sahəsinə investisiya qoyan biznesmendir. O, Cahangir Hacıyevin keçmiş biznes-kompanyonlarından hesab olunur. Beynəlxalq Baltik İnvestisiya Şirkətini onunla birlikdə “MBA-Moskva” təsis edib.
Şərhlər