Dünyada neft bahalaşdı - Əlvan metalların qiymətində də ucuzlaşma müşahidə edilib.
15.02.2016 19:55 Ecoreaksiya 1538
Dünya birjalarında bu dəqiqəyə olan məlumata görə, neftin qiyməti bahalaşıb. ANS PRESS-in məlumatına görə, “Brent” markalı neftin qiyməti 33,55 dollardır.
“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, “Texas” markalı neftin qiyməti 29,66 dollar olub.
...12:44...
Dünya birjalarında neft həftəyə cüzi ucuzlaşma ilə başlayıb. ANS PRESS-in məlumatına görə, dünya bazarlarında ötən həftə sonu 33.36 dollar olan “Brent” markalı neft bir qədər ucuzlaşaraq 33.34 dollara düşüb.
“WTI” markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. Ötən həftə sonu 29.44 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 29.31 dollar təşkil edir.
Ötən həftə sonu “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 2,71 dollar bahalaşaraq 33,14 dollar təşkil edib.
Əlvan metalların qiymətində də ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı cüzi ucuzlaşaraq 39,42 dollar olub. Platinin 1 qramı 30.49 dollar, palladiumun 1 qramı isə 16.69 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.49 dollar müəyyənləşib.
AMB-dən verilən məlumata görə, 15.02.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5711 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində ucuzlaçma qeydə alınıb. Avro 1.7631 manat, Rusiya rublu isə dəyişməz olaraq 0.0201 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.2819 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5359 AZN dəyərində müəyyənləşib.
Şərhlər